Yeni Motorola buraxılacaq

Motorola şirkəti yaxın zamanlarda özünün məhşur ekonom Moto E smartfonunun ikinci nəslini təqdim etmək fikrindədir. SİA-nın məlumatına görə, yeni smartfonun təqdimatının martın əvvəlində Barselonada keçiriləcək MWC konqresində keçirilməsi gözlənilir.
Təqdim olunacaq yeni modelin Android 5.0 Lollipop əməliyyat sistemində işləyəcəyi istisna olunmur. Qeyd edək ki, 2014-cü ilin baharında təqdim olunan Moto E smartonunun birinci nəsli 4,3-düymlük displeyə, 2-nüvəli Qualcomm Snapdragon 200 prosessoru, 1 Gb əməli yaddaş, 4 Gb əsas yaddaş və 5 MP əsas kameraya malikdir. ABŞ-da bu smartfonun qiyməti 129 dollar idi. Yəqin ki, yeni smartfonun qiyməti də bu təqribən bu məbləğə bərabər olar.

Bütün xəbərlər Facebook səhifəmizdə