Xperia Z4 smartfonunun təqdimatı gecikəcək

Xperia Z4 smartfonunun təqdimatı gecikəcək

Martın əvvəlində Barselonada keçiriləcək MWC-2015 sərgisində bir sıra aparıcı smartfon istehsalçıları öz flaqmanlarını təqdim edəcəklər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, onların sırasında Sony şirkəti də var idi. Amma son məlumatlara görə Xperia Z4 smartfon ailəsinin təqdimatının vaxtının dəyişiləcəyi gözlənilir. Xperia Blog adı ilə tanınan mənbə, təqdimat tarixinin yayda keçiriləcəyini iddia edib. Adətən dürüst məlumatları olan Xperia Blogun dedikləri düz olsa, onda biz martda flaqmanı yox, Xperia ailəsinin başqa modellərini görə biləcəyik.

Qeyd edək ki, Xperia Z4 flaqmanı haqqında aşağıdakı qeyri-rəsmi məlumat vardır:
5,2-düymlük displey (1440×2560 və 1080×1920 – smartfon iki versiyada təqdim oluna bilər);
4 və 3 Gb əməli yaddaş (ABŞ və Avropa/Asiya bazarları üçün ayrı modifikasiyalar);
64-dərəcəli 8 nüvəli Snapdragon 810 prosessor;
20,7 MP əsas kamera;
5 MP selfi kamera;
Sudan müdafiə (IP68).

Bütün xəbərlər Facebook səhifəmizdə