YouTube-un texniki işlər üzrə rəhbəri Riçard Leyder bildirib ki, YouTube "Flash" texnologiyasından tamamilə imtina edib. SİA-nın məlumatına görə, artıq videoların göstərilməsi üçün "HTML5" texnologiyasından istifadə ediləcək.
Qeyd edək ki, Google şirkəti 5 il bundan əvvəl YouTube videohostinqinə "Flash" ilə yanaşı, "HTML5" dəstəyini daxil edib. Xatırladaq ki, indiyədək istifadəçi videonu məhz "HTML5" formatında izləmək istədikdə "YouTube.com/HTML5" istinadına keçməli idi.
Nəzərinizə çatdıraq ki, Flash texnologiyası "Macromedia" şirkəti tərəfindən hazırlanıb və 2005-ci ildə bu şirkət "Adobe Systems" korporasiyası tərəfindən satın alınıb. Son illərdə "Microsoft" və "Google" daxil olmaqla, şirkətlərin əksəriyyəti öz məhsullarında Flash texnologiyasından imtina etməyə başlayıblar. Buna səbə kimi isə, 2010-cu ildə "Apple" şirkətinin keçmiş rəhbəri Stiv Cobsun dərc etdirdiyi məktubu göstərilir . Məktubda Cobs izah edib ki, şirkət Flash texnologiyasını "iOS" mobil platformasına ona görə əlavə etmir ki, zəif işləyir, çox enerji sərf edir və xeyli boşluğa malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB