Samsung Galaxy S6 smartfonunun əsas kamerası haqqında məlumat yayılıb. SİA-nın məlumatına görə, bu xəbər Samsung Electro-Mechanics şirkəti tərəfindən təqsidlənib. Belə ki, şirkət kamera modulunun hazırlanması ilə məşğuldur. Şirkət bildirib ki, smartfon 20,7 MP-lik əsas kamera ilə təchiz olunacaqdır. Kamerada optik stabilləşdirmə də nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, 2 mart tarixində təqdimatı planlaşdırılan Samsung Galaxy S6 5,1-düymlük displeylə, 3 Gb əməli yaddaş, 32/64/128 Gb əsas yaddaşla təchiz olunacaqdır.
Ancaq onu da qeyd etmək lazımdır ki, Smartfonun artıq iki mənfi cəhəti də məlum olub. Belə ki, adı çəkilən qurğuda əvvəlki versiyalardan fərqli olaraq akumulyatoru dəyişmək mümkün olmayacaq və korpus şüşədən hazırlanacaq. Ancaq şirkət əvvəllər korpusun metaldan hazırlanacağı iddia etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə