“Azərspace” üzərindən yayımlanan televiziya və radio kanallarının sayı açıqlanıb

“Azərspace” üzərindən yayımlanan televiziya və radio kanallarının sayı açıqlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın ilk milli telekommunikasiya peyki olan "Azərspace" üzərindən yayımlanan televiziya və radio kanalların sayını açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, hazırda peyk üzərindən ümumilikdə 130 kanal yayımlanır. Sözügedən kanalların 117 –si televizya, 13-ü isə radiodur.

Qeyd olunub ki, "Azərspace" üzərindən 8 dildə televiziya və radio kanalları yayımlanır. Bu dilllərə Azərbaycan (12 kanal), gürcü (35 kanal), rus (43 kanal) , türk (11 kanal), ukrayna (6 kanal), fars (1 kanal), əfqan (2 kanal), ingilis (4) dilləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə