Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın ilk milli telekommunikasiya peyki olan "Azərspace" üzərindən yayımlanan televiziya və radio kanalların sayını açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, hazırda peyk üzərindən ümumilikdə 130 kanal yayımlanır. Sözügedən kanalların 117 –si televizya, 13-ü isə radiodur.
Qeyd olunub ki, "Azərspace" üzərindən 8 dildə televiziya və radio kanalları yayımlanır. Bu dilllərə Azərbaycan (12 kanal), gürcü (35 kanal), rus (43 kanal) , türk (11 kanal), ukrayna (6 kanal), fars (1 kanal), əfqan (2 kanal), ingilis (4) dilləri daxildir.