Çinlilər dünyada ən nazik smartfon buraxmağa hazırlaşırlar
Çinin böyük "BBK" şirkəti planetdə ən nazik smartfon istehsalına başladığını elan edib. Alınan məlumata görə, yeni modelin qalınlığı 3,8 millimetrdən çox olmayacaqdır. Beləliklə, "Vivo" smartfonu Yer kürəsində ən nazik qacetlərdən biri olan "iPhone 5s" smartfonundan 2 dəfə nazik olacaqdır. Bu yaxınlarda buraxılmış "iPhone 6" smartfonunun qalınlığı 6,9 millimetrdir.
Hazırda birincilik "Gionee" şirkətinin buraxdığı "Elife S5.1" smartfonundadır. Onun qalınlığı, adından göründüyü kimi, 5,1 millimetrdir ki, bu da Ginnesin Rekordlar kitabında qeydə alınıb.
"Letnews" portalı yazır ki, Çinin yeni məhsulunun texniki xüsusiyyətləri hələlik bəyan edilmir, yalnız batareya ekspertlərdə şübhə doğurur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB