3D oyunlar insanın aqressivlik hissini gücləndirir

3D oyunlar insanın aqressivlik hissini gücləndirir

ABŞ mütəxəssisləri 3D oyunların insanın psixikasına təsirini öyrənərək, qeyri-qənaətbəxş nəticəyə gəliblər: oyunlar gerçəyə bənzədikcə, oyunçular reallıq ilə virtual məkan arasındakı əlaqəni itirirlər. Nəticədə 3D əlavəli müasir oyunların əksəriyyəti oyunçuya öz möhürünü vurur. Cürbəcür zorakılıq səhnələri oyunçunun aqressivlik hissini gücləndirir. Xarici KİV-lər xəbər verir ki, alimlər populyar GTA IV oyunu ilə eksperiment aparıblar. Video oyun həvəskarlarının bir hissəsi vaxtını oyun əlavəsinin və adi televizorun qarşısında keçirib, ikinci qrup isə 3D funksiyasını işə salaraq, maşınqaçırma simulyator oyunu oynayıb.
Tədqiqatın nəticələrinə görə, birinci qrup ilə müqayisədə ikinci qrup daha aqressiv olub. Alimlər hesab edir ki, müasir oyunların keyfiyyətinin artması oyunçuların psixikasına pis təsir göstərir. Gerçəkliklə kompyuter əyləncəsi arasında həddin itirilməsi yeniyetmənin formalaşmaqda olan sinir sistemi üçün təhlükəli amildir.

Bütün xəbərlər Facebook səhifəmizdə