Çinin məşhur smartfon istehsalçısı "Lenovo" şirkəti dizaynına görə iPhone 6-nı xatırladan yeni smartfon istehsal edib. SİA-nın məlumatına görə, "iPhone"dən fərqli olaraq bu smartfon "Android" əməliyyat sistemində işləyir, üstəlik xeyli ucuz olacaq. İnternetdə fotoları yayılan yeni smartfon "Sisley" adlanır. "Sisley"nin qalınlığı 6,9 mm-dir ki, bu da "iPhone 6" ilə eynidir. Ümumilikdə xarici görünüşünə görə iPhone-nun son modelinə çox oxşayan Lenovo-nun "əkizi"ndən fərqli xüsusiyyətləri də var.
Belə ki, "Sisley"in yuxarı hissəsindəki antenin üzərindəki plastik örtük iPhone 6-dan fərqlidir. Bundan başqa, "iPhone 6"dan fərqli olaraq, "Lenovo"nun kamerası qabarıq deyil, korpus səviyyəsindədir. Çin istehsalçıları xanımları da düşünüb və onlar üçün yeni smartfonlarını çəhrayi variantını da buraxıb. "Sisley" 5 düymlü və 1280x720 dəqiqlikli ekrana malikdir. Smartfonun əsas kamerası 13 meqapiksel, frontal kamerası isə 8 meqapiksel olacaq. "Lenovo"nun "Apple"dən fərqli qiymət siyasətini nəzərə alsaq, "Sisley" smartfonunun "iPhone 6"dan qat-qat ucuz olacağı gözlənilir.
Qeyd edək ki, yeni smartfonun Çindən kənarda satılıb-satılmayacağı şübhə altındadır. Çünki şirkət bu modelə görə Avropa və Amerika bazarlarında "Apple"in iddialarıyla üzləşə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB