İnsan sifətini 99,8 faizlik dəqiqliklə müəyyənləşdirən sistem hazırlanıb yenilik

Çin alimləri tərəfindən lazımi adamı insan axınında 91 müxtəlif rakursdan 99,8 faiz dəqiqliklə müəyyən edən sifətin tanınması sistemi hazırlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, proqram identik əkizlər arasında fərqi tapa, qrimlənmiş üzləri tanıya, eləcə də qalın geyimə bürünmüş adamı identifikasiya edə bilir. Bu barədə "cnblogs.com" portalı Çin Akademiyasının tədqiqatçısı Çjou Siyə istinadən məlumat verib.

Ç.Sinin sözlərinə görə, alimlər tərəfindən hazırlanan sistem artıq növbəti ildə planşetlər üçün əlavə şəklində satışa çıxarılacaq. Tədqiqatçı qeyd edib ki, texnologiya təkcə üzü 100 faizlik dəqiqliklə tanımır, həm də bunu çox tez edir. Hazırda yalnız Çində istifadə olunan texnologiya artıq Karnegi-Mellon Universitetinin dünya standartları reytinqində liderdir.

Qeyd edək ki, sifətin dəqiqliklə tanınmasında əvvəlki rekord 97,6 faiz səviyyəsində olub. Proqram İllinoys Universiteti və Sinqapur Milli Universitetinin dəstəyi ilə 50 milyon çinlinin sifətinin yer aldığı məlumat bazasında yararlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə