Ekvador hökuməti kağız analoqu olmayan və ölkənin hazırkı valyutası- ABŞ dollarına rəqib olacaq rəqəmli valyutanı dövriyyəyə buraxmaq ilə bağlı qərar qəbul edib. SİA-nın xəbərinə görə, dövlət virtual pulunun dövriyyəyə oktyabrda buraxılması planlaşdırılır. Valyutanın adı barədə hələlik məlumat verilmir.
Hökumət nümayəndələrinin sözlərinə görə, proqram ənənəvi bank xidmətlərindən istifadə etməyən əhalinin 40 faizi üçün nəzərdə tutulub. Virtual dövlət rəqəmli valyuta ilə ödənişləri mobil telefonlar üçün xüsusi əlavələr vasitəsilə həyata keçirmək mümkün olacaq.
Xatırladaq ki, ABŞ dolları 2000-ci ildən Ekvadorun rəsmi valyutasıdır.
Qeyd edək ki, kriptovalyuta (Cryptocurrency) emissiya və uçotu kriptoqrafiya üsulları və asimmetrik şifrləməyə əsaslanan rəqəmli valyuta növüdür. Sistem bölüşdürülən kompüter şəbəkəsində desentralizasiya edilən şəkildə fəaliyyət göstərir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB