"Apple" şirkəti sentyabrın 9-da keçiriləcək tədbirə jurnalistləri dəvət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədbirdə yeni nəsil "iPhone"" smartfonlarının təqdim ediləcəyi gözlənilir. "Biz bu haqda geniş danışmaq istəyərdik"- ağ-boz tonda tərtib edilən dəvətdə belə yazılıb.
Tədbir Kupertino şəhərində keçiriləcək və 9 sentyabrda Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Tədbirdə iki yeni "iPhone"" smartfonu (4.7 və 5.5 düymlük diaqonala malik ekran) nümayiş etdiriləcək. Şayiələrə görə, qurğuların ekranı sapfir şüşədən hazırlanacaq, yeni "iPhone" smartfonlarının arxa panelində "Apple"ın işıq saçan loqosu ola, həmçinin qurğu "NFC" modulu ilə təchiz edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB