Jestləri tanıyan klaviaturanın prototipi hazırlanıb

Jestləri tanıyan klaviaturanın prototipi hazırlanıb

"Microsoft" şirkəti əllərin jestlərini tanıya bilən klaviaturanın prototipini (ilk nümunə) hazırlayıb.

Mütəxəssislərin sözlərinə görə, bu qurğu informasiyanın daxil edilməsi metodlarını daha da asanlaşdıracaq. Kanadanın Toronto şəhərində keçirilən "Computer Human Interaction" konfransında təqdim olunmuş qurğu haqqında "PC World" nəşri xəbər verib.

Şirkətin tədqiqatlar bölməsi tərəfindən hazırlanmış klaviaturanın prototipi klavişlərlə yan-yana 64 sensorla təchiz olunub. Sensorlar klaviatura ilə işləyərkən əllərin hərəkətini tanıyır.

Digər bir məlumata görə, şirkətin ABŞ-da yerləşən başqa bir laboratoriyası isə informasiyanın "Kinect" sensorunun köməyi ilə jestləri tanıyan ənənəvi klaviatura və mausun kombinasiyası vasitəsilə daxil edilməsi texnologiyası üzərində də işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə