“Google” şirkəti tələbələrin məktubunu oxumayacaq

“Google” şirkəti tələbələrin məktubunu oxumayacaq

"Google" şirkətinin rəsmiləri bildiriblər ki, şirkət tələbələrin "Gmail" hesablarını monitorinq etməkdən imtina edib. Bu, yaxın vaxtlarda şirkətə qarşı məhkəmə prosesi ilə izah edilir. "Google"un reklam mexanizmlərinin fəaliyyəti ABŞ-ın maarifləndirici sahədə məxfilik haqqında qanununu pozur.

Tələbələrin informasiyasının mühafizəsi haqqında qanun "Microsoft"un təkidi ilə qəbul edilmişdir. Qeyd olunub ki, tələbələrin informasiyası kommersiya məqsədləri üçün istifadə edilməməlidir və "bulud" xidmətlərinin provayderləri bu məlumatlardan istifadə haqqında məlumat verməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə