Mobil sensor xərçəngin diaqnostikasında laboratoriyaları əvəz edir

Mobil sensor xərçəngin diaqnostikasında laboratoriyaları əvəz edir

Məlumdur ki, xərçəng xəstəliyini insanın nəfəs almasına görə diaqnostika etmək mümkündür. "The Daily Mail" qəzetinin məlumatına görə, diaqnozun qoyulması artıq mobil analizator sayəsində daha asan olub.

"Owlstone" Kembric şirkəti artıq bu cür analizatorun prototipini yaradıb. Hazırda alimlər telefona uyğun gələn miniatür versiyanın üzərində işləyirlər. Proqnozlara görə, bütün işlərə iki il vaxt sərf ediləcək.

Yeni işləmənin əsasında xərçəngin kimyəvi markerlərini tanımaq üçün proqramlaşdırılmış mikroçip var. Analizatora gəlincə isə, alimlər onun effektivliyini həm sağlam, həm də bağırsaq xərçəngindən və kolitdən əziyyət çəkən xəstələr üzərində yoxlayıblar. Sistem sağlam insanı pasiyentdən dəqiqliklə fərqləndirə bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə