İki ayda “WhatsApp” istifadəçilərinin sayı 50 milyon artıb

İki ayda “WhatsApp” istifadəçilərinin sayı 50 milyon artıb

"WhatsApp" messenceri istifadəçilərinin sayı 500 milyona çatıb. Braziliya, Hindistan, Meksika və Rusiyada daha sürətli artım qeydə alınıb.

"WhatsApp" "Facebook" şirkəti tərəfindən satın alındıqdan sonra sosial şəbəkənin direktoru Mark Zukerberq məlumat verib ki, "WhatsApp" messencerinin təxminən 450 milyon istifadəçisi var və gündəlik təxminən 1 milyon istifadəçi qeydiyyatdan keçir. Xatırladaq ki, "Facebook" və "WhatsApp" arasında sazişin dəyəri nağd şəkildə 16 milyard dollar və səhmlərlə 3 milyard dollar təşkil edib.

Messencerin istifadəçiləri gündəlik təxminən 700 milyon foto və 100 milyon videoçarx göndərirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə