Tayvanın "Trend Force" analitik firmasının "WitsView" tədqiqat bölməsinin məlumatına görə, 2014-cü ilin birinci rübündə noutbukların qlobal tədarük həcmi ötən ilin dördüncü rübü ilə müqayisədə 12 faiz azalaraq 40,5 milyon təşkil edib.
Mütəxəssislər bildiriblər ki, noutbuk bazarında azalma mövsümi amil və anbarlarda məhsul çoxluğu ilə bağlıdır.
Araşdırma, həmçinin sensor idarəetməni dəstəkləyən noutbukları əhatə edib. "WitsView" şirkətinin qiymətləndirməsinə görə, ötən rüb onların nüfuzetmə səviyyəsi 12,4 faiz civarında qalıb. Analitiklər bildiriblər ki, sensor modellər və hibrid qurğular müasir bazar tələblərinə cavab versə də, qiyməti hələ çox bahadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB