5 metr məsafədə simsiz enerji ötürmə sistemi hazırlanıb

5 metr məsafədə simsiz enerji ötürmə sistemi hazırlanıb

Cənubi Koreya alimlərinin həlli naqillə enerji yükləmə qurğuları erasına son qoya bilər. Tədqiqatçıların eksperimental sistemi binadakı bütün insanların smartfonlarını uzaq məsafədən enerji ilə yükləyə bilər. Ötürücü aparatdan eyni zamanda 5 metr məsafədə yerləşən 40 smartfonu enerji ilə doldurmaq olar.

Bildirilir ki, "Dipole Coil Resonant System" hazırda simsiz enerji ötürmə sistemləri arasında ən uzun diapazona malikdir. Son 10 ildə elektronikanın enerji ilə doldurulması üsulu böyük dəyişikliklərə məruz qalmış və tədricən naqillərdən imtina müşahidə olunur.

5 metr – bu, simsiz enerji ötürmə texnologiyası üçün rekorddur. Başqa sistemlərdə telefonu xüsusi səthə qoymaq lazımdırsa, burada onu, hətta cibdən çıxartmaq lazım deyildir.

Bütün xəbərlər Facebook səhifəmizdə