“Apple” Hindistan üçün smartfon hazırlayır

“Apple” Hindistan üçün smartfon hazırlayır

"Apple" şirkətinin keçmiş baş direktoru Con Skalli Hindistan sakinləri üçün öz mobil platformasını işə salmağı planlaşdırır. Skalli deyib ki, platforma müasir texnologiya və bank xidmətlərinə çıxışa malik olmayan Hindistan sakinləri üçün nəzərdə tutulub.
Bildirilir ki, Skallinin təsis etdiyi "Inflexpoint" şirkəti artıq cari ilin mayında Hindistan bazarında "ObiMobiles" brendi altında smartfonların satışına başlayacaq.
"Inflexpoint" şirkəti Hindistanda şəxsi tədarük zəncirini, dizayn mərkəzini, həmçinin satış ofisləri yaratmağı planlaşdırır. Şirkətdən bildirilib ki, hind istehlakçıları üçün ucuz smartfonlar istehsal ediləcək. "IDC Corp"un məlumatına əsasən, 2012-ci ildə Hindistan bazarına 16,2 milyon smartfon tədarük edilib. 2013-cü ildə bu göstərici 44 milyon olub. 2014-cü ildə tədarük həcminin 80 milyona çatacağı gözlənilir.
Con Skalli deyib: "Hindistanda yeni brendin yaradılması üçün böyük imkanlar var və biz yerli sakinlərin ehtiyaclarını təmin etmək üçün istehsal və marketinq imkanlarından istifadə edəcəyik".

Onun sözlərinə görə, şirkət Hindistana 80-115 dollar məbləğində smartfonlar tədarük edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə