"4K" formatlı ekranla təchiz edilmiş noutbukun nümayişindən sonra Yaponiyanın "Toshiba" şirkəti "MicroSD" formatlı ən sürətli yaddaş kartlarını buraxıb. Yeni məlumat daşıyıcıları yüksəksürətli "UHS-II" standartına uyğun gələn birinci "MicroSD" kartdır.
Bildirilir ki, daşıyıcılar iki variantda (32 və 64 QB) təklif edilir.
64 qiqabaytlıq kartlarda oxuma sürəti 260 meqabayt-saniyə, yazma sürəti isə 240 Mb/s təşkil edir. 32 QB-lıq kartlara gəlincə, onların maksimal oxuma sürəti 145 Mb/s, yazma sürəti isə 130 Mb/s-dir.
"Toshiba" şirkətinin yeni yüksəksürətli yaddaş kartlarının çıxarılma müddəti və qiyməti haqqında məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB