Ölkə ərazisində smartfon oğurluğunun geniş yayılması ilə əlaqədar Cənubi Koreya hökuməti mobil qurğularda təhlükəsizlik tədbirlərini gücləndirib. Hələ ötən ilin avqustunda irəli sürülmüş təşəbbüsə əsasən, yerli istehsalçılar smartfonun bütün funksiyalarının uzaq məsafədən bloklanması opsiyasını öz cihazlarına tətbiq etməli olacaqlar. Bildirilir ki, bu tədbir ölkə ərazisində smartfon oğurluğunun sayını azaltmalıdır.
2013-cü ildə yarımadada 1,23 milyondan çox itmiş smartfon qeydə alınıb. 2012-ci ildə bu göstərici 940 min olub. Mənfi tendensiyanı düzəltmək üçün hökumət istehsalçıların qarşısına smartfonların təhlükəsizlik sistemini gücləndirmək öhdəliyi qoyub. Söhbət "kill switch" (aparatın bütün funksiyalarının uzaq məsafədən bloklanması) opsiyasından gedir.
Dünyanın ən böyük mobil telefon və smartfon istehsalçısı "Samsung" şirkəti artıq müvafiq funksiyanı öz aparatına tətbiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB