“Android” və “Windows” sistemli masa-planşetin satışlarına başlanılıb

“Android” və “Windows” sistemli masa-planşetin satışlarına başlanılıb

"Ideum" şirkəti 46 düym diaqonallı "Platform Coffee Table" sensor masa-planşet üçün sifarişlərin qəbuluna başlayıb. SİA-nın xəbərinə görə, qurğunun qiyməti 6950 dollardan başlayır. Masa-planşet alıcının istəyinə uyğun olaraq üç əməliyyat sisteminin (Windows 7, Windows 8 və ya Android 4.4 (KitKat)) idarəetməsi ilə işləyə bilər. Qurğu həm də yükləməni iki variantda (Windows 7/8 və ya Windows 8/Android) dəstəkləyir. Displeyin ölçüsünün böyük olmasına baxmayaraq o, istənilən sensor əlavələrlə uyğunluq təşkil edir.

"Ağıllı" masanı iki modeldə - 32 və ya 46 düym diaqonalında əldə etmək olar. ABŞ-da yığılan hər iki model cızılmaya, sındırılmaya və suya davamlıdır. "Platform Coffee Table" modelinin kiçik – 32 düymlü variantı 10 milli saniyəyə reaksiya verməklə maye-kristal displeylə (1080р), 250 QB sərt disk (SATA II), 8 QB operativ "DDR3" yaddaşı (iki modul hərəsi 4 QB), "Intel i7" prosessoru (3,7 QHs) ilə təchiz edilib. Həmçinin eyni anda 40-dək (Androiddə 15-dək) toxunuş dəstəklənir. Qurğuda "HDMI", "Ethernet", "USB" portları, "Wi-Fi" modulu, eləcə də klaviaturanın qoşulması üçün "Bluetooth" nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə