“Google Glass” smart eynəyindən tibb sahəsində də istifadə edilir
Həkim "Google"un "ağıllı" eynəyinin köməyi ilə xəstənin həyatını xilas etdikdən sonra sözügedən cihaz Boston klinikasında işləyən həkimlərin daimi avadanlığına çevrilmişdir. Bu haqda "The Boston Globe" qəzetinə istinadən "TJournal" yazıb.
Məlumata əsasən, yanvarda Bostonda yerləşən "Beth Israel doctor" tibb mərkəzinin əməkdaşlarından biri Stiven Xornq "Google Glass"ın köməyi ilə xəstənin həyatını xilas edib. Bildirilir ki, martda "Beth Israel" klinikasında "Google" eynəyindən istifadə nəzərəçarpacaq dərəcədə genişlənib. Cihazdan gündəlik tibbi xidmətində istifadəyə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB