Dünyada hər 10 kompyuterdən 3-ü “Windows XP” platforması ilə işləyir

Dünyada hər 10 kompyuterdən 3-ü “Windows XP” platforması ilə işləyir

Dünyada hər 10 kompyuterdən 3-ü "Windows XP" platforması ilə işləyir. 2001-ci ildə buraxılmış əməliyyat sistemi indiyədək kompyuterlərin 28 faizində istifadə olunur.

Bildirilir ki, "Statista" analitik agentliyinin son statistik məlumatlarına əsasən, dünyada təxminən 300 milyon kompyuter indiyədək "Windows XP" platformasından istifadə edir. Agentlikdən bildirilib ki, hər 10 kompyuterdən 3-ü əvvəlki kimi köhnəlmiş əməliyyat sistemi ilə işləyir.

"Windows XP" sisteminin təhlükəsizliyini möhkəmləndirən təhlükəsizlik yeniləmələrinin buraxılmayacağına baxmayaraq, istifadəçilərin əksəriyyəti müasir əməliyyat sistemlərinə keçmək istəmirlər. Yeniləmənin yüksək qiyməti əməliyyat sisteminin yeni versiyalarından imtinaya əsas səbəb kimi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə