Rusdilli internet istifadəçiləri 7 apreli “Runet”in ad gününü qeyd edirlər
1994-cü il aprelin 7-də Rusiyanın ".ru" domeni qeydiyyatdan keçərək yuxarı səviyyəli milli domenlərin beynəlxalq bazasına daxil olub. Beləliklə, Rusiya rəsmi olaraq dünyanın İnternet şəbəkəsində təmsil olunan ölkələr sırasında yer alıb.
".ru domeninin idaretmə qaydaları haqqında" müqavilə isə 1993-cü il aprelin 4-də həmin dövrün nəhəng rus provayderlərinin yığıncağında imzalanıb. Bundan sonra Rusiyanın bütün domen adları ".ru" zonasında qeydiyyatdan keçib.
O vaxta qədər yerli İnternet resursları 1991-ci ildən etibarən beynəlxalq domenlər və ".su" domenində yerləşdirilirdilər. Lakin, Sovet İttifaqı dağıldıqdan sonra, müstəqil dövlətlərə yeni domen adları verilməyə başlanılıb və keçmiş sovet respublikalarına aid 15 domen adı yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB