Dünyada ilk “hava” displeyi yaradılıb

Dünyada ilk “hava” displeyi yaradılıb

Yaponiya alimləri tərəfindən hazırlanın ən yeni texnologiya insanların sensorlu ekranlarla təchiz edilmiş qurğularla kontaktını bütünlüklə aradan qaldırır. SİA-nın xəbərinə görə, konstruksiya baxımından unikal qurğu Tokio universitetlərindən birində ərsəyə gətirilib və havada asılı olan və işıq diodlu displeylə birlikdə işləyən təsvirdir.

Gündoğar ölkənin mühəndislik sahəsində çalışan mütəxəssisləri tərəfindən yaradılan qurğunun fərqləndirici cəhəti cavaba təkmilləşdirilmiş jestlərin sürətli tanınması sistemi ilə tamamlanan genişləndirlmiş baxış bucağındadır. Mütəxəssislərin sözlərinə görə, bu unikal qurğu ilə hətta uşaqlar da işləyə biləcək, çünki bunun üçün tələb olunan bütün hərəkətlər toxunulmaqla bilinən kontaktlarla məhdudlaşır.

Tokio İnstitutunun ekspertləri tərəfindən dünən təşkil olunan mətbuat konfransında bildirilib ki, qurğunun idarəetməsi üçün yüngül fiziki gücdən istifadəyə belə ehtiyac duyulmur, belə ki, onun işə salınması üçün sadəcə otağa daxil olmaq və müəyyən əl hərəkətləri ilə lazımi kompüter əlavəsini işə salmaq kifayət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə