İtaliyada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sərbəst güləşçilərimiz reytinq turnirində 9 medal qazanıblar. Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) qızıl, Murad Yevloyevlə (70 kq) Turan Bayramov (74 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Xadjimurad Qadjiyev (74 kq) isə bürünc medal əldə edib.

Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub.

Gürcüstan 145 xalla 2-ci, Türkiyə isə 114 xalla 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...