Şəhriyar Məmmədyarov dörddəbir finala vəsiqə qazanıb

Şahmat üzrə “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında ilkin mərhələnin son oyunları keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Cons Gevane (İngiltərə), David Guizarro (İspaniya) və Dinq Liren (Çin) ilə keçirdiyi hər üç görüşünü heç-heçə ilə başa vurub. Ötən 15 turda 22 xal toplayan şahmatçımız dörddəbir finala vəsiqə qazanıb.

Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə