“Qalatasaray” Rieranı yenidən qaytardı

Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu və məşqçisi Albert Rieranı yenidən sıralarına qaytarıb.

SİA xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

39 yaşlı ispan “sarı-qırmızılar”ın yeni baş məşqçisi Domenek Torrenin köməkçilərindən biri kimi çalışacaq.

Xatırladaq ki, Albert Riera futbolçu kimi 2011-2014-cü illər aralığında məhz “Qalatasaray”ın uğurları üçün çalışıb. O, ötən mövsüm məşqçi kimi “Qalatasaray”a qayıtmış və bir müddət Fatih Terimin köməkçisi kimi çalışmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə