Bu gün Kuman və “Barselona” acınacaqlı vəziyyətdədir

...O vaxt Joan Laporta “Barselona”da prezident seçkilərində qalib gələndə ondan iki şey tələb olunmasa da, amma gözlənilirdi: hər vəchlə Messinin komandada saxlanılmasına nail olmalı və Kumanı baş məşqçi kimi komandadan uzaqlaşdırıb onun yerinə daha möhkəm bir məşqçi tapmalı, amma...yeni prezident bunların heç birinə nail ola bilmədi.

Təbii ki, ötən mövsüm hollandiyalı məşqçi bir neçə müsbət və mənfi cəhətləri ilə yadda qalmalıdır. Məsələn onun Pedri və Oskar Minqesa kimi gəncləri “kəşf edib” cəsarətlə siyahıya salması, onlara İspaniya Kubokunu qazandırması təqdirəlayiqdir.

Amma İspaniya çempionluğunun bir addımlığından “geri qayıtması” başadüşülən deyildi. Burada hansı “sirlərin yatdığı da”hələ ki, müəmma olaraq qalmaqdadır(?).

...Amma, maraqlıdır ki, ötən mövsüm bütün olanlardan sonra Laportanın hollandiyalı məşqçini yollamaması bu gün onun ən böyük səhvi kimi göstərilir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...