Fənərbaxça oyununda maraqlı HADİSƏ

Super Liqanın 39-cu həftəsində Fənərbaxçanın qonağı olan BB "Erzurumspor"un ehtiyat oyunçular skamyasında maraqlı bir hadisə yaşanıb. SİA-nın verdiyi məlumata görə, Yılmaz Vural, oyuna girməyi rədd edən Rikardo Gomes haqqında danışıb.

Yılmaz Vural, Fənərbaxça matçında aşağıdakı 11 ilə çıxdı:

Szumski, Murat, Gökhan, Həsən, Schwechlen, Omolo, Boumal, Obertan, Novikovas, Cenk Ahmet, Oltan.

Fənərbaxça matçda ilk yarıyı 3-0 qabaqda bitirdi.

Matçın ikinci hissəsində maraqlı bir hadisə yaşandı. BB "Erzurumspor"un hücum oyunçularından biri olan Rikardo Gomes 60-cı dəqiqədə oyuna girməkdən imtina etdi. Yılmaz Vural oyunçu ilə bir müddət danışdı amma onu yola gətirə bilmədi. Bunun üzərinə Yılmaz Vural, oyuna Cenk Ahmetin əvəzinə Boqdan Butkonu daxil etdi.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə