Azərbaycan Özbəkistanda beynəlxalq turnirdə təmsil olunur

Termez şəhərində Özbəkistan Prezidentinin mükafatı uğrunda Hakim at-Termezinin xatirəsinə həsr olunan XV beynəlxalq kuraş turnirinin açılışı olub. SİA xəbər verir ki, Özbəkistan milli oyunu olan kuraş turnirinə dünyanın 27 ölkəsindən idmançılar qatılıb.

Hakim at-Termezi kompleksində keçirilən açılış mərasimində Surxandərya vilayətinin hakimi Tura Bobolov, Özbəkistan Kuraş Federasiyasının təmsilçiləri, tanınmış idmançılar iştirak edib. Turnirdə ölkəmizi Azərbaycan idmançısı Knyaz Mahmudlu təmsil edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə