İtaliya “Yuventus”u qış transfer pəncərəsində Almaniyanın “Bavariya” klubunun iki futbolçusunu heyətinə qatmaq istəyir.

SİA-nın məlumatına görə, Turin təmsilçisi yarımmüdafiəçi Korenten Tolisso və hücumçu Coşua Zirkzeni transfer etmək niyyətindədir.

A seriyası təmsilçisi hər iki oyunçunu qısa müddətdə keçidini birdəfəlik həll etmək istəyindədir. 26 yaşlı Tolisso 2017-ci ildə “Lion”dan “Bavariya”ya keçib.

O, cari mövsümdə 17 oyunda 1 qol vurub. Fransalıdan 7 yaş kiçik olan niderlandlı cari mövsümün 9 matçında 2 dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə