Lider məğlubiyyətlə üzləşib, “Lill” qələbə sayəsində zirvədə PSJ-yə şərik olub

Futbol üzrə Fransa çempionatında 20-ci tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Lider Lion “Olimpik”i doğma meydanda “Mets”lə qarşılaşıb və məğlubiyyətlə üzləşib.

“Lill” isə “Reyms”i qəbul edib. Meydan sahibləri bu oyunda qələbə qazanaraq bir gün öncə zirvəni ələ keçirən PSJ-yə şərik olub.

Bu turun “Loryan” – “Dijon” matçı koronavirusa görə təxirə salınıb.

Fransa Liqa 1

20-ci tur

15 yanvar

Monpelye – Monako 2:3

Qol: Vahi, 64. Delor, 69 – Folland, 24. Ben Yedder, 35; 61-pen.

16 yanvar

Olimpik (Marsel) – Nim 1:2

Qol: Benedetto, 85 – Eliasson, 55; 58.

Anje – PSJ 0:1

Qol: Kurjava, 70.

17 yanvar

Brest – Renn 1:2

Qol: Honorat, 4 – Buriqe, 7. Qrenye, 77-pen.

Nant – Lans 1:1

Qol: Louza, 36 – Kakuta, 81.

Nitsa – Bordo 0:3

Qol: Huanq, 50. Baysse, 75. Basiç, 87.

Strasburq – Sent-Etyen 1:0

Qol: Ayorke, 29.

Lill – Reyms 2:1

Qol: Bamba, 48. David, 90+1 – Zeneli, 36.

Olimpik (Lion) – Mets 0:1

Qol: Leya, 90.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...