Marsel “Olimpik”i ev oyunundan məğlub ayrılıb, PSJ səfərdə 3 xal qazanıb

Futbol üzrə Fransa çempionatında 20-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Bir neçə gün öncə Fransa Super Kubokunu qazanan PSJ bu tur çərçivəsində səfərdə “Anje”nin qonağı olub və miinimal hesabla qalib gəlib.

Marsel “Olimpik”i isə “Nim”lə ev oyunundan məğlub ayrılıb.

Bu turun “Loryan” – “Dijon” matçı koronavirusa görə təxirə salınıb.

Fransa Liqa 1

20-ci tur

16 yanvar

Olimpik (Marsel) – Nim 1:2

Qol: Benedetto, 85 – Eliasson, 55; 58.

Anje – PSJ 0:1

Qol: Kurjava, 70.

15 yanvar

Monpelye – Monako 2:3

Qol: Vahi, 64. Delor, 69 – Folland, 24. Ben Yedder, 35; 61-pen.

17 yanvar

16:00 Brest – Renn

18:00 Nant – Lans

18:00 Nitsa – Bordo

18:00 Strasburq – Sent-Etyen

20:00 Lill – Reyms

00:00 Olimpik (Lion) – Mets

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...