Azərbaycan Premyer Liqasında 3 oyun təxirə salınıb

Azərbaycan Premyer Liqasında daha 3 oyun təxirə salınıb. SİA-nın məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub. XII turun dekabrın 5-də keçirilməli olan "Sabah" – "Neftçi" və "Keşlə" – "Səbail", eləcə də ertəsi gün baş tutması nəzərdə tutulan "Zirə" – "Sumqayıt" oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb. Görüşlərin tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası verəcək. Qeyd edək ki, XII turun "Qəbələ" – "Qarabağ" oyunu 6 dekabr, saat 16:00-da "Azersun Arena"da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...