Formula 1 üzrə Bəhreyn Qran-Prisi start götürür

Bu gün Formula 1 üzrə dünya çempionatının 15-ci mərhələsi - Bəhreyn Qran-Prisi start götürür.

SİA xəbər verir ki, yarış Saxir dairəsində keçiriləcək. Bəhreyn Formula 1-in iki mərhələsinə ev sahibliyi edəcək. Belə ki, bir həftədən sonra burada daha bir Formula 1 yarışı baş tutacaq.

Bəhreyn Qran-Prisinin əvvəlcə mövsümün əvvəlində - martda baş tutması planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə