Araz Abdullayevli “Boluspor”dan növbəti heç-heçə

Futbol üzrə Türkiyə 1-ci liqasında 7-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Menemenspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Araz da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

7 turdan sonra hesabında 3 xal olan “Boluspor” 18 kollektiv arasında 17-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə