Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq turnir keçiriləcək

Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək. SİA-nın məlumatına görə, turnirdə gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışın ilkin qeydiyyat siyahısına əsasən turnirdə 13 ölkədən 84 gimnast birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə