Savatçılarımız beynəlxalq turnirdə yarışacaqlar

Fevralın 15-16-da Gürcüstanın paytaxtı Tbilisidə savat (Fransa boksu) üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, yarışda ölkəmizi Orxan Rzalı (46 kq), Əziz Əzizli (48 kq), Elvin Qurbanov (48 kq), Ömər Rahimov (50 kq), Həsən Həsənzadə (53 kq), Ümid Rəhimov (63), Kamil Balaşov (70 kq) və Seymur Yusifov (70 kq) təmsil edəcək.

Turnirdə Gürcüstan, Azərbaycan, Qazaxıstan, İran və Ermənistan idmançıları iştirak edəcəklər.

Qeyd edək ki, yarışda milli komandamız Əməkdar məşqçi Taleh Nağızadənin rəhbərliyi altında mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə