Makqreqorun Serrone ilə mətbuat konfransı fərqli keçdi

UFC 246-da döyüş qabağı şounun əsas qəhrəmanları Konor Makqreqor və Donald Serrone üçün mətbuat konfransı keçirildi. SİA-nın xəbərinə görə, Las Veqasdakı həmən konfrans Konorun Həbib Nurməhəmmədov ilə 2018-ci ilin sentyabrında olduğu kimi epik olmadığı ortaya çıxdı. 2018-ci ildən fərqli olaraq irlandiyalı bu tədbirə bir şüşə viski içmədən gəlmişdi. O rəqibi haqqında bir kobud söz söyləmədi və hətta əlini sıxdı .

Makqreqor il yarım ərzində fərqli olmağı barədə mətbuat konfransında bunları dedi:

"Heç nə çox dəyişmədi, özüm olaraq qaldım. Yalnız, təcrübə qazanmışam və fərqli şərtlərim var, amma yenə də eyni gəncəm və qələbələrə istəkliyəm. Burada olmaqdan xoşbəxtəm və diqqətim qarşıdakı mübarizəmdədir. Güclü şəkildə 2020-ci ilə başlayacağam".

Xatırladaq ki, Konor Makqreqor və Donald Serrone arsaındakı UFC 246-dakı döyüş 19 fevralda saat 04:00-da Las Veqasda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...