Azad Rəhimov vətəndaşları qəbul edib

Gənclər və İdman naziri Azad Rəhimov Biləsuvarda rayon vətəndaşlarını qəbul edib. SİA-nın məlumatına görə, qəbulda 10-dan çox vətəndaş iştirak edib.

Müraciətlər sırasında “Gənclər evi”nin müvafiq avadanlıqlarla təmin edilməsi, idman qurğularına idman avadanlığının verilməsi, yerlərdə təlim-məşq toplantısının keçirilməsi, iş ilə təmin olunma, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi yer alıb. Onların bir qismi yerindəcə həll edilib, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...