Şahmatçımız dünya çempionatında ikinci qələbəsini qazanıb

Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında beşinci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçısı Məhəmməd Muradlı ötən turda qələbə qazanıb. O, malayziyalı Amir Ghaazi Mohd Saprini məğlub edərək aktivinə 1 xal yazdırıb.

M.Muradlının beş turun yekununa görə cəmi 2 xalı var.

On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə