Türkiyə klubu baş məşqçisini istefaya göndərib

Türkiyənin "Karabükspor” klubu baş məşqçisi Levent Açıkgözü istefaya göndərib. SİA-nın məlumatına görə, mütəxəssis istefaya göndərilsə də, klubdan kanarlaşdırılmayıb. Belə ki, o, Karabük təmsilçisinə baş menecer təyin edilib.

Artıq komandaya yeni baş məşqçi də təyin olunub. Bundan sonra "Karabükspor”u Ünal Karaman çalışdıracaq.

Qeyd edək ki, "Karabükspor” Super Liqanın 26-cı turundan sonra 12 xalla son pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə