“Qarabağ”ın kapitanı: "Madriddəki oyunda hər şeyə hazır olmalıyıq”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Atletiko”ya qarşı keçirilən oyunun hakimlərin narazı qalıb. Qol.az xəbər verir ki, matçdan sonra təcrübəli müdafiəçi bununla bağlı deyib:

“Hakimlər haqda çox danışan deyiləm. Amma bu gun hakimin “Atletiko”ya simpatiyasi açıq-aşkar hiss olunurdu. Böyük komandalarla oynayanda bu cür hallar çox olur. Madriddəki oyunda hər şeyə hazır olmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə