Jirinovski: "Avropa Birliyi və NATO parçalanacaq"

"Avropa Birliyi və NATO parçalanacaq." Bunu “Layf” saytına açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, AB və NATO-nun parçalanması təbiidir, çünki Avropa dövlətləri daha çox azadlıq istəyirlər:

“AB mütləq yox olacaq. Sevinmək lazımdır ki, Avropa müstəqillik istəyir. 5 il sonra siz Avropa Birliyi, avro sözlərini unudacaqsınız. AB, NATO və Şengen bir daha olmayacaq. AB-dəki müstəqillik Fransa, Almaniya, İtaliyadan asılı olacaq. Onları digər region dövlətləri izləyəcəklər”.

Bütün xəbərlər Facebook səhifəmizdə