Şahmatçılarımız Dünya Çempionatında II yeri tutub FOTO

İsveçrənin Bern şəhərində Beynəlxalq Şahmat Federasiyasının 57-ci Ümumdünya Konqresi keçirilib. SİA-nın xəbərinə görə, keçən il keçirilən Şahmat bəstəçiliyi üzrə Dünya Kubokunun sahibi, Azərbaycan komandasının üzvü Kənan Vəlixanova ali mükafat təqdim olunub.

Konqres çərçivəsində həmçinin, məsələ və etüdlərin həlletməsi üzrə 38-ci dünya çempionatı keçirilb və Azərbaycan milli komandası böyük uğur əldə edərək, tarixində ilk dəfə 23 komanda arasında ikinci yerə çıxıb. Komandamızın bundan əvvəlki ən böyük uğuru 5-ci yer olub. Bununla yanaşı, komandamızın üzvləri Araz Məmmədov və Ramil Cəfərov beynəlxalq usta normasını, Zaur Məmmədov isə FİDE ustası normasını doldurub.

Azərbaycan komandası konqres çərçivəsində "Qarabağ" mövzusunda beynəlxalq yariş keçirmiş və ilk 4 yeri tutan şahmatçılar mükafatlandırılıb.

Daha bir sevindirici məqam odur ki, komandamızın qadın üzvü Nərmin Məmmədova dünya çempionatında mümkün 90 xaldan 55-ni toplamaqla şahmat bəstəçiliyi tarixində ən yüksək bal toplayan qadın kimi ilkə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə