"Neftçi" PFK-nın yarımmüdafiəçisi Erik Ramos "İnter"lə oyun öncəsi açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, 3 xalın "Nefçi" üçün vacib olduğunu bildirib: "İnter" mövsümə istədiyi kimi başlamayıb. Bu səbəbdən xal qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Amma təbii ki, 3 xal bizə də hava-su kimi lazımdır. Buna görə də meydana yalnız qələbə üçün çıxacağıq. Çempionat uzun marafon olsa da, burada hər xal qızıl dəyərindədir. Çalışacağıq ki, qalib gəlib, azarkeşlərimizi sevindirək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB