Erik Ramos: "3 xal bizə də hava-su kimi lazımdır"

12 Sentyabr 2013 10:43 (UTC+04:00)

"Neftçi" PFK-nın yarımmüdafiəçisi Erik Ramos "İnter"lə oyun öncəsi açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, 3 xalın "Nefçi" üçün vacib olduğunu bildirib: "İnter" mövsümə istədiyi kimi başlamayıb. Bu səbəbdən xal qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Amma təbii ki, 3 xal bizə də hava-su kimi lazımdır. Buna görə də meydana yalnız qələbə üçün çıxacağıq. Çempionat uzun marafon olsa da, burada hər xal qızıl dəyərindədir. Çalışacağıq ki, qalib gəlib, azarkeşlərimizi sevindirək".