Berti Foqts Elnur Allahverdiyevin "qələmini qırdı"

Azərbaycan milli komandasının oktyabrın 5-dən 17-dək müddətdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak üçün "Xəzər Lənkəran" klubunun üzvü Elnur Allahverdiyevə göndərilmiş dəvət millinin baş məşqçisi Berti Foqts tərəfindən ləğv olunub. Siasport.az saytı xəbər verir ki, bunun səbəbi Topaz Premyer Liqasının VII turu çərçivəsində, sentyabrın 29-da, Tovuz şəhər stadionunda keçirilmiş "Turan" - "Xəzər Lənkəran" oyunu zamanı Elnur Allahverdiyevin idmançıya yaraşmayan hərəkətə yol verməsi və qırmızı vərəqə ilə cəzalandırılmasıdır.

Xatırladaq ki, Topaz Premyer Liqasının VII turunun "Turan" – "Xəzər Lənkəran" matçının 78-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 5 №-li futbolçusu Elnur Allahverdiyev hakimə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...